NATO hərbçilərinin olduğu baza raketlə vuruldu

Dünya
00:02 / 21.02.2021
5411
İraqın Səlahəddin şəhərində NATO hərbçilərinin olduğu "Bələd” hərbi bazasına 3 raket atılıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində bazada olan 3 nəfər yaralanıb.
Qeyd edək ki, İraq hökuməti məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.