Çin 70-ci illər siyasətinə dönür: Əhalinin sayı artırılır

Çin 70-ci illər siyasətinə dönür: Əhalinin sayı artırılır
Çin hökuməti aşağı düşən doğum nisbətini artırmaq üçün ölkənin şimal-şərqindəki bəzi əyalətlərdə dünyaya uşaq gətirməyə qoyulmuş məhdudiyyəti ləğv etməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama yayıb.

Bildirilir ki, yeni demoqrafik siyasətlə bağlı bir sıra əyalətlərdə araşdırma aparılacaq, pilot proqramlar həyata keçiriləcək.

Məlumata görə, Çində son 5 ildə yeni doğulan körpələrin sayında azalma var. Ölkədə 2015-ci ildən "bir uşaq" siyasətindən imtina edilib, "iki uşaq" siyasətinə keçilsə də, bu, yeni doğulan körpələrin sayının artmasına gətirib çıxarmayıb.

Ölkədə yeni doğulan körpələrin sayı 2016-cı ildə 17 milyon 860 min, 2017-ci ildə 17 milyon 230 min, 2018-ci ildə 15 milyon 230 min, 2019-cu ildə 14 milyon 650 min, 2020-ci ildə isə 10 milyon 35 min civarında olub.

Qeyd edək ki, Çində ailə planlaması və tək uşaq siyasəti 1970-ci illərdə tədricən qüvvəyə minib.

Kəndlərdə yaşayan ailələrin ilk övladları qız olsaydı, ikinci uşağa icazə verilirdi.

Çin Dövlət Şurasının 2017-ci ildə yaydığı xəbərlərə görə, 2030-cu ilə qədər ölkə əhalisinin dörddə birinin 60 yaş və ya daha yuxarı olması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...