Tramp “Twitter”ə qayıtmayacağını bəyan etdi

Tramp “Twitter”ə qayıtmayacağını bəyan etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter” mikrobloq şəbəkəsini darıxdırıcı adlandırıb.

Sfera.az xəbər verir ki, sabiq lider "Newsmax TV"yə müsahibəsində sosial şəbəkənin əvvəlki kimi olmadığını və ora dönməyəcəyini söyləyib.

Tramp deyib: "Twitter”də nələrin baş verdiyini izləyirsiniz, mənə çox darıxdırıcı gəlir və milyonlarla insan onu tərk edir. Əvvəlki kimi olmadığı üçün ayrılırlar və bunu başa düşürəm".

Keçmiş prezidentə görə, sosial şəbəkə ona qarşı kampaniya aparıb, tvitlərinin əleyhinə müxtəlif addımlar atıb və bu, utancvericidir.

"Twitter”ə qayıtmaq istəmirik", - deyən Tramp öz veb saytını yaratmaq seçimindən bəhs edib.

"Bizə çox dəstək var. Hələ danışmaq istəmirəm, amma dəstək çox böyükdür. Sorğunun nəticələrinə baxıram, çox yüksəkdir", - Tramp 2024-cü ildə prezidentliyə namizəd olub-olmayacağı barədə suala cavabında bildirib.

Onun sözlərinə görə, impiçment hadisəsindən sonra dəstək səviyyəsi yalnız artıb.

Xatırladaq ki, "Twitter” yanvar ayında Trampın 88 milyondan çox izləyicisi olan hesabını bloklayıb. Bu, 6 yanvar tarixindən sonra, respublikaçıların tərəfdarlarının ABŞ Konqresində demokrat Co Baydenin prezident seçkilərindəki nəticələrini təsdiqlənməsi zamanı binaya hücum etməsinin ardınca baş verib.
 

OXŞAR XƏBƏRLƏR

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...