Ramzan Kadırov "CZN Burak"ın restoranında - VİDEO

Dünya
17:58 / 20.02.2021
2389
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Dubaydakı məşhur "CZN BURAK" restoranını ziyarət edərək restoranın sahibi olan türk aşpaz Burak Özdemirlə görüşüb.
Sfera.az xəbər verir ki, Kadırov bu barədə "VKontakte" hesabında məlumat verib.
Kadırov Özdemirin göstərdiyi Türk qonaqpərvərliyinə görə təşəkkürünü bildirib və gənclər belə uğurlu iş adamlarından örnək götürməlidir deyə vurğulayıb.
Görüşün sonunda Çeçenistan prezidenti və Burak Özdemir "Əhmıd gücdür" yazısı olan tort ilə şəkil çəkdiriblər.