İrəvanda mitinqə çıxan polis polkovniki saxlanıldı

Dünya
17:17 / 20.02.2021
2747
Ermənistanda "VETO" ictimai-siyasi hərəkatının üzvü, təqaüddə olan polis polkovniki Robert Melkonyan Azadlıq meydanında saxlanılaraq polis bölməsinə aparılıb.
Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq etməklə Melkonyanı polis avtomobilinə mindirib, daha sonra onu bölməyə aparıblar.
"Sizin hər birinizi yadımda saxlayacağam”, - Melkonyan polislərə deyib.
Xatırladaq ki, hazırda İrəvandakı Azadlıq meydanında müxalifətin mitinqi keçirilir.
Bundan əvvəl "VETO" hərəkatının lideri Narek Malyan və "Vətəndaş şüuru" adlı QHT-nin rəhbəri Narek Samsonyan, parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan, sabiq deputat, siyasətçi Karen Bekaryan, onların ortaqları Aram Sarkisyan və Mqer Avakyan həbs olunublar.