MTX erməni siyasətçilərin həbsinin səbəbini açıqladı

MTX erməni siyasətçilərin həbsinin səbəbini açıqladı
Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir neçə siyasətçinin həbsi ilə bağlı açıqlama yayıb.

Sfera.az xəbər verir ki, məlumatda siyasətçilər Ara Saqatelyan və Karen Bekaryanın "Facebook"da saxta hesablar vasitəsilə Nkol Paşinyan və digər məmurları tənqid, təhqir etdikləri bildirilir.

Xüsusilə, parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan vəzifəsi sayəsində öz əlaqələrindən istifadə edərək cinayət törətmək məqsədi ilə mütəşəkkil qrup yaradıb. Bu qrupa həmkarı Karen Bekaryan, sürücülər Mqer Avakyan, Aram Sarkisyan və şəxsiyyəti hələ müəyyənləşməmiş digər əlaqəli şəxsləri daxil edib. Onlar "Gagik Soghomonyan" səhifəsi vasitəsilə oktyabrın 10-dan etibarən Qarabağ döyüşləri barədə şərhlər verməyə başlayıb, ayrı-ayrı məmurların fəaliyyətlərini tənqid edib, onları nüfuzdan salan açıqlamalar veriblər.

Səhifədə baş nazir və Ermənistanın digər yüksək vəzifəli şəxslərinə qarşı ittihamlar da yer alıb. Söhbət xəyanət ittihamlarından, müharibə zamanı əsgər ölümünə səbəb olan hərəkətlərdən gedir.

MTX həmin şəxslərin hərbi vəziyyətin tətbiq edilməsi haqqında qərarı pozduqlarını bəyan edib.

Ara Saqatelyan, Karen Bekaryan, Mqer Avakyan və Aram Sarkisyan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində açılmış cinayət işi çərçivəsində saxlanılıblar.

Bir sıra istintaq və digər prosessual hərəkətlər həyata keçirilib. Xüsusilə axtarışlar zamanı cinayət işi üçün vacib olan kompüterlər, telefonlar, modemlər və digər əşyalar aşkar edilərək götürülüb. (Azvizion.az)
 

OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...