Ötən gün axtarışda olan 35 nəfər saxlanıldı

Kriminal
11:57 / 20.02.2021
2122
Fevralın 19-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 64 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılmışdır.