Rusiyada üçüncü yerli vaksin qeydiyyatdan keçdi

Dünya
11:24 / 20.02.2021
1830
Rusiya yaxın gələcəkdə ölkənin koronavirusa qarşı 3-cü peyvəndi - "KoviVak"ın istehsalına başlayacaq.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin açıqlama verib. Qeyd edilib ki, COVID-19 infeksiyasına qarşı üçüncü vaksin artıq qeydiyyatdan keçib.
"Yaxın gələcəkdə, üçüncü preparat olan "KoviVak" üzrə sənaye istehsalı xətti işə salınacaq",-deyə Mişustin qeyd edib.
Mişustin artıq 10 milyon doza "Sputnik V" və təxminən 80 min doza "EpiVacCorona" vaksininin istehsal edildiyini də bildirib.