Məktəblər hansı halda bağlanacaq? - \"Bu qədər yoluxma olarsa...\"
12:44 / 19.02.2021
2798
Xəbər verdiyimiz kimi, Bakı məktəblərindən birində
3 nəfərin koronavirusa yoluxması səbəbi ilə təhsil müəssisəsi 14 günlük qapanıb.
Bu isə öz növbəsində bəzi valideynlərdə və məktəblilərdə
yenidən tam distant təhsilə keçidlə bağlı narahatlıq yaradıb.
Maraqlıdır, bir məktəbdə neçə nəfərin koronavirusa
yoluxması həyəcan siqnalına əsas verir? Yəni hansı halda məktəb distant təhsilə
keçid etməlidir?
Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri
İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev hazırkı durumun
onlayn təhsilə keçidə səbəb olmayacağını bildirib:
"Bir məktəbdən 3-5 nəfərin koronavirusa
yoluxması təhlükəli deyil. Təhsil müəssisəsində 10 nəfər virusa yoluxarsa bu
halda tədbir görülməli, məktəb qapanmalıdır. Yoluxanların isə məktəbli, yaxud
işçi heyətindən olmasının önəmi yoxdur, çünki istənilən şəxs yoluxdurucu hesab
olunur.
Sfera.az
Əzizə Zeynal