Türkiyədə 2,6 milyon insan koronavirusa yoluxdu

Dünya
23:45 / 18.02.2021
2055
Türkiyədə son sutkada daha 83 nəfər koronavirusdan vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 27 min 821 nəfərə çatıb.
Qeyd edək ki, indiyədək Türkiyədə 2 milyon 616 mindən çox insan koronavirusa yoluxub.