"Tənha ruhlar"ın şairi vəfat etdi

Dünya
11:46 / 17.02.2021
900
İspaniyalı məşhur memar və şair Yoan Marqarit vəfat edib.
Sfera.az İspaniya mediasına istinadən bildirir ki, son dövrlərin ən yaradıcı ədəbi səslərindən biri olan Y.Marqarit dünən, 82 yaşında vəfat edib.
"Tənha ruhlar"ın şairi xərçəngin qurbanı olub. Şair ötən il yerli mətbuata verdiyi müsahibələrdən birində 9 dəfə kimyəvi terapiya seansı aldığını, ancaq bunun heç bir faydası olmadığını demişdi.
Xatırladaq ki, Y.Marqarit 2019-cu ildə "Migel de Servantes Mükafatı"na layiq görülüb. O, həmçinin, 2015-ci ildə "Yaume Fuster", 2017-ci ildə isə "Pablo Neruda" mükafatlarının qalibi olub.
Aysel
Sfera.az