Keçmiş prezident vəfat etdi

Dünya
07:45 / 17.02.2021
1064
Ekvadorun keçmiş prezidenti Qustavo Noboa 83 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə onun dostu, ölkənin keçmiş vitse-prezidenti Alberto Daik Qarsosi məlumat verib.
"Qustavo Noboa Beharano öldü. Ölkənin çətin vaxtlarında uğurla idarə edən hörmətli və məsuliyyətli prezident”, - Qarsosi yazıb.
Qeyd edək ki, Qustavo Noboa 2000-2003-cü illərdə Ekvadorun prezidenti olub.