Türkiyənin 40 vilayətində antiterror əməliyyatları keçirilir

Dünya
23:45 / 16.02.2021
1537
PKK/KCK terror təşkilatının Türkiyə daxilində fəaliyyətinin qarşısının alınması məqsədilə ölkənin 40 vilayətində paralel əməliyyatlar keçirilir.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyatlar zamanı aralarında Xalqların Demokratik Partiyasının (HDP) şəhər və rayon rəhbərlərinin də olduğu 718 nəfər saxlanılıb. Həmin şəxslərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı çoxlu sayda silah-sursat, terror təşkilatına aid sənədlər və rəqəmsal materiallar ələ keçirilib.