"Əyani təhsilə tam keçid ancaq bu yolla mümkün olacaq" - Həkimdən ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən bəzi universitetlərdə, həmçinin yuxarı siniflər üzrə əyani tədris bərpa olunub.

Qeyd edək ki, ali təhsil müəsssisələrində praktika tələb edən ixtisaslar üzrə müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda əyani təhsil həyata keçirilir. Bir neçə ixtisas xaricində digər tələbələr əvvəlki qaydada onlayn şəkildə evdən təhsilini davam etdirir.

Artıq bir ilə yaxındır, ali məktəblərdə tədrisin distant formada təşkil olunduğunu nəzərə alsaq, əvvəlki rejimə qayıtmaqla bağlı tələbələrin narahatlığının olması təbiidir. Artıq bütün tələbələr universitetlərə qayıtmaq arzusundadır, elə müəllimlər də...

Bəs, universitetlər üzrə əyani təhsilə tam keçid nə zaman mümkün olacaq?

Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev əyani təhsilə tam keçidin iki halda mümkün olacağını bildirib:
 
"Bu gedişlə yoluxmanın artma ehtimalı var. Çünki proses düzgün tənzimlənmir. Əgər universitetləri, bağçaları, məktəbləri qismən açırıqsa, insanları da ictimai nəqliyyatla təmin etməliyik. Biz yumşalmaya getmişik, lakin metro açılmayıb. Bu da avtobuslarda sıxlıq yaradıb və belə olan halda yoluxmanın artacağı gözləniləndir.

Metronun açılması və avtobus sayının artırılması ilkin tədbirlərdəndir. Bildiyiniz kimi, virusun yeni növü yayılmaqdadır. Yeni növ virus bəlkə də Azərbaycanda da var, amma bizdə bunu aşkar edəcək aparat olmadığı üçün hələ ki, təsdiqlənməyib. Bu baxımdan maksimum dərəcədə diqqətli olub insanların sıx şəkildə toplaşmasına qarşı olmalı, günün pik saatlarında nəqliyyatda ciddi sıxlığın yaranmamasına çalışmalıyıq. Peyvəndlənmə intensiv şəkildə aparılarsa və metro açılarsa o zaman əyani tədrisə tamamilə keçid etmək olar".
 
Sfera.az
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...