Rusiya Qərbin sanksiya təhdidlərinə necə cavab verəcək – Peskov açıqladı

Rusiya Qərbin sanksiya təhdidlərinə necə cavab verəcək – Peskov açıqladı
Kreml Rusiyanın sərt sanksiyalara hazır olmasına münasibət bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yeni sanksiyaların tətbiq olunacağı ilə bağlı təhdidlər Rusiyanı daim səfərbərlik halında olmağa məcbur edir.

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Təəssüf ki, sanksiyalarla bağlı söhbət manyak inadkarlığı ilə həm Brüsseldə, həm də ABŞ-da aparılır. Bu, alqışlamadığımız, bizə xoş gəlməyən bir məsələdir” - deyə o, Rusiyanın sərt sanksiyalara nə dərəcədə hazır olmasına münasibət bildirmək xahişinə cavab olaraq bildirib.
 
Mümkün cavab tədbirləri barədə danışan Kreml sözçüsü Moskvanın heç vaxt "kimdənsə heyif almaq” prinsipi ilə hərəkət etmədiyini xatırladıb.

Peskov eyni zamanda ümidvar olduğunu bildirib ki, Qərbin dialoqu davam etdirmək üçün siyasi iradəsi çatacaq.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR