Çin gəmiləri Yaponiyanın ərazi sularına girdi

Çin gəmiləri Yaponiyanın ərazi sularına girdi
Çin Xalq Respubliksının sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqında Yaponiyanın ərazi sularını pozub.

Sfera.az  xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsinin Okinava əyalətindəki qərargahı məlumat verib.

Məlumata görə, iki ÇXR sahil mühafizə gəmisi bu gün yerli vaxtla saat 04: 15-də Yaponiyanın ərazi sularına girərək Taisö Dzima Adası yaxınlığında bir balıqçı gəmisinə yaxınlaşıb. Yapon Sahil Mühafizəsinin qayıqları hadisə yerinə gələrək balıqçıları müşayiət edib. Çin gəmilərinə xəbərdarlıq edilərək ərazini tərk etmələri tələb edilib.

Qeyd edək ki, bu, Yaponiya ərazi sularının Çin tərəfindən pozulmasına dair ilin əvvəlindən etibarən qeydə alınan yeddinci belə haldır.

Yaponiyanın "Senkaku”, Çinin isə "Diaoyu” adlandırdığı Şərqi Çin dənizindəki adalar 5 ada və 3 qayadan ibarətdir.

Heç kimin yaşamadığı arxipelaq iki ölkə arasında ərazi mübahisəsinə səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az Rusiya mediasın...