Konqoda ebolaya qarşı vaksinasiyaya start verildi

Dünya
11:58 / 16.02.2021
1038
Konqo Demokratik Respublikasında ebola virusuna qarşı vaksinasiyaya start verilib.
Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, ilk olaraq ebola xəstələrinin müalicə edildiyi xəstəxanadakı həkimlər və tibb işçiləri peyvəndlənir.
7 fevral tarixində Konqoda ebola virusu yenidən üzə çıxıb. Artıq 4 nəfərə diaqnoz qoyulub, onlardan ikisi ölümcül haldadır.
Ölkədə daha öncə 2018-ci ilin avqustunda başlayan və 2020-ci ilin iyun ayında bitən ebola epidemiyasl nəticəsində 2 287 nəfər vəfat edib.
Ülvi
Sfera.az