ÜST: COVID-19-a yoluxma sayı son 5 həftədə iki dəfə azaldı

Dünya
07:40 / 16.02.2021
1302
"Dünyada yeni COVID-19 infeksiyalarının sayı beşinci həftədir ki azalır”.
Sfera.az xəbər verir ki, bunu Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.
Baş direktor əlavə edib ki, dünyada beş həftə ərzində qeydə alınan yeni yoluxmaların sayı demək olar ki, iki dəfə azalıb.