Çavuşoğlu Lavrova müraciət etdi

Çavuşoğlu Lavrova müraciət etdi

 

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin "İslam dövləti” terror qruplaşması ilə əlaqəsi təsdiq edildiyi halda, istefaya getməyə hazır olduğunu bildirib. 

Oxu.Az bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

"Cənab Lavrov, siz ciddi diplomat və bu iclasın iştirakçıları arasında ən təcrübəlisiniz. Ona görə də hesab edirəm ki, siz belə cəfəngiyyatı ciddiyə almamalısınız. Əgər Rusiyanın İŞİD-in Türkiyə tərəfindən dəstəkləndyinə dair heç olmasa bir sübutu varsa, mən istefa verməyə hazıram. Əgər yoxdursa, o zaman siz ömrünüzün sonuna qədər Antalyada qonaq olacaqsınız”, - Çavuşoğlu Vyanada bildirib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ankara və İŞİD-in əlaqəsinə dair məlumatları dəfələrlə təkzib etdiyi sözlərini xatırladıb və bu əlaqə sübut edildiyi halda, istefaya getməyə hazır olduğunu da bildirib.

Çavuşoğlu bu yaxınlarda Vyanada Suriyaya dəstək beynəlxalq qrupunun iclasında iştirak edib, iclasda Rusiya XİN rəhbəri Sergey Lavrovun Ankaranın İŞİD-i dəstəkləməsinə dair iddialarına kəskin narazılıq bildirib. Lavrov Vyanada mətbuat konfransında terror qruplaşması tərəfindən nəzarət edilən 90 km-lik Türkiyə-Suriya  sərhədi vasitəsilə İŞİD-i təchiz etmək üçün ciddi şəbəkənin olduğuna dair faktların mövcudluğunu bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...