ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

Dünya
20:33 / 15.02.2021
2578
ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu məlumatı nazirlik yayıb. Buna səbəb İraqın Qara bölgəsində baş verən son olaylardır.
"ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq PKK-ın törətdiyi qətliamla bağlı Dövlət Departamentinin açıqlamasında əksini tapan fikirlərə etiraz sərt şəkildə onun diqqətinə çatdırılıb", nazirlikdən bildirilib.