Danimarka süni adaya 28 milyard avro xərclədi – Enerji istehsal edəcək
15:53 / 15.02.2021
2135
Danimarka Krallığı tarixində 28
milyard avroya başa gələn ən böyük layihə tezliklə start götürəcək. Şimal dənizindəki
süni adada istehsal olunan enerji Almaniya, Hollandiya və hətta Böyük
Britaniyadakı istehlakçılara yönləndiriləcək.
Danimarkanın qəbul etdiyi iqlim qanunu çox iddialı bir plandır. Bu
qanun 2010-cu ilədək istixana qazlarının remissiyasının 70 faiz məhdudlaşdırılmasını
nəzərdə tutur. Nəzərə alınmalıdır ki, Avropa Birliyi zərərli tullantıların
atmosferə buraxılmasının 55 faizədək azaldılmasını nəzərdə tutan plan qəbul
edib.
Sfera.az bildirir ki, Danimarka bu
məqsədə çatmaq üçün süni ada inşa edəcək,
buradan 3 milyon əhalisi olan bütöv bir şəhər elektrik enerjisi ilə təmin
olunacaq.
Danimarka 2020-ci ilin dekabrında istixana
effektli istənilən qaz istehsalının dayandırıldığı açıqlandı. Üstəlik,
Danimarka hakimiyyəti artıq Şimal dənizində neft və qaz yataqları
axtarmayacağını da bəyan etdi. Yalnız bu cür tədbirlər sayəsində Danimarka 2050-ci ilə qədər tam iqlim neytrallığı əldə
edə biləcək. Bu məqsədlə qitəyə ən azı 3 milyon ev təsərrüfatını "yaşıl” enerji
ilə təmin edəcək süni ada inşa olunacaq.
Danimarkanın inşaat tarixində hələ
heç kim buna cürət etməmişdi. Bu nəhəng adanın ölçüsü 18 futbol meydançasının
sahəsinə bərabər olacaq, yəni 120 min kvadrat metrlik ərazini əhatə edəcək.
Adanın ilk layihədə nəzərdə tutulduğundan 3 dəfə böyük olacağı da istisna
edilmir.
Danimarkanın qərb sahillərindən 80
kilometr məsafədə dənizə üzən platforma buraxılacaq, layihə də elə həmin
platformadan başlayacaq. Sözügedən platforma qismən dövlət mülkiyyəti, qismən də
özəl olacaq. İndiyə qədər layihəyə 28 milyard avro xərclənib.
Danimarkanın energetika naziri Dan Yorqensen hesab edir ki, bu layihəyə
start verilməsi qlobal "yaşıl” transformasiya üçün gözəl imkanlar açır. O,
sözügedən layihəni Avropa dəniz külək enerjisinin nəhəng potensialının
reallaşdırılmasına əhəmiyyətli bir töhfə kimi qiymətləndirir.
Süni ada yüzlərlə dəniz külək
turbinləri ilə birləşdiriləcək. Bu süni ada qurudakı ev təsərrüfatlarını
elektrik enerjisi ilə təmin etməklə yanaşı, həm də gəmiçilik, aviasiya, sənaye
və ağır nəqliyyatda istifadə üçün yaşıl hidrogen verəcək.
Danimarkadakı Texniki Universitetin professoru Yakob Osterqard BBC-yə bildirib ki, bu enerjidən Almaniya, Hollandiya və ya Böyük Britaniya istifadə edə bilər. Layihənin icrası süni adada 10 giqavat enerjinin yaranmasına səbəb ola bilər ki, bu da Avropada 10 milyon evi enerji ilə təmin etmək imkanı verər.
Amma danimarkalılar daha da irəli
gedərək, Baltik dənizindəki Bornholm adasında gücü 2 giqavat olan enerji mərkəzi
yaratmaq istəyirlər. Bu barədə danimarkalı professor Y. Osterqard məlumat
verib.
Amma iddialı planı həyata keçirmək
üçün dünyanın ən böyük külək turbinləri istehsalçılarından olan Danimarkanın Vestas şirkəti əvvəlcə 15
giqavat gücə malik turbinləri bazara
çıxaracaq. Hündürlüyü 261, bıçaqlarının eni
115,5 metr olan bu külək generatoru dünyanın ən böyük və ən güclü külək
generatoru olacaq. Bircə belə konstruksiya saatda 80 min meqavatt elektrik
enerjisi istehsal etməyə imkan verəcək ki, bu da Avropada 20 min evin elektrik enerjisi ilə təmin edilməsini və zərərli
qaz emissiyalarının 38 min ton azaldılmasını mümkün edə bilər.
Yeri gəlmişkən, Azərbaycan da sahil dövlətidir axı. Demək Xəzər bölgə əhəmiyyətli analoji layihə üçün
plasdarm ola bilər.
Mənbə: Haqqın.az
Tərcümə: SelcanSfera.az