Moskvada uçuşlar təxirə salındı - Səbəb

Dünya
15:25 / 14.02.2021
2525
Moskvada qarlı hava şəraiti səbəbindən bütün hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.
Sfera.az xəbər verir ki, məlumata görə, hava limanlarında 85 uçuş təxirə salınıb, yeddi aviareys isə ləğv edilib.
Qeyd edək ki, hazırda Moskvada qar örtüyünün qalınlığı 59 santimetrə çatır.