Qurban Qurbanov: \"Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü\"

Qurban Qurbanov: \
"Samir Abasovu layiqli qələbə qazanması münasibəti ilə təbrik edirəm. Çox danışmağa ehtiyac yoxdur, oyun gərgin keçdi. Digər məqamlar daha maraqlı idi. Futbolçularımdan narazı qaldım. İkinci hissədə qırmızı vərəqə alacağımıza hazır idim. Təəssüf ki, bu baş verdi. Oyunda nizam-intizamı pozuldu. "Neftçi" qırmızı vərəqə alanadək daha yaxşı oynayırdıq. Bu oyun Azərbaycan futbolunun tarixinə düşdü. Hakim də inamlı qərarlar verdi”.

Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV turunun matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, bugünkü epizodlar bir neçə gün öncə Hakimlər Komitəsi ilə müzakirə edilib:

"Maraqlı ssenari alındı. Qarşıda oyunlarımız olduğu üçün komandanı yaxşı hazırlamalıyıq. Zədəli və cəzalı futbolçularımız var”.

Qurbanov Kevin Medianın qırmızı vərəqə almasına da münasibət bildirib:

"Sabah görüntüləri yenidən izləyəcəm. Çünki, hazırda bu barədə düşünsəm, daha ciddi cəza ola bilər. Bütün hallarda mütləq cəzalanacaq. Komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Düzdür, futbol kişi oyunudur. Amma özünü idarə etməyi bacarmalısan. Bəzi məğlubiyyətlər komandanın xeyrinə olur”.

Baş məşqçi heyətin kasadlığı ilə bağlı ünvanlanan suala belə cavab verib:

"Belə hallar olur. Amma mənim heyətlə bağlı narahatlığım yoxdur. Bacara bilərik. Filip Ozobiç gələn həftədən məşqlərə başlayacaq, Elvin Cəfərquliyev qayıdır. Hər şey normaldır. Yetərincə futbolçum var”.

Təcrübəli mütəxəssis Maksim Medvedevə müdafiənin solunda şans verməsinə də aydınlıq gətirib: "Futbolda bu cür yerdəyişmələr olur. Qarşıdakı oyunlarda Elvin və Turaldan istifadə edəcəyik”.

OXŞAR XƏBƏRLƏR

ATU-nun müəllimi vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda ATU-nun sosial şəbəkə hesablarında məlumat paylaşılıb....

Bakını təhqir edən nadan, mədəniyyətsiz AŞPA prezidenti... - XİN-dən sərt cavab

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Alpha News qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları...

Donald Tramp Meksikanın Texas fermerlərindən su oğurladığını bildirib

ABŞ prezidenti Meksikanın Texasa 1,3 milyon akr-fut su borcu olduğunu və 1944-cü il Su Müqaviləsi ilə bağlı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə tariflər və ...

Adada köhnə boruları yoxlayarkən təsadüfən 17-ci əsrə aid pirat yuvası aşkar edilib - Foto

Aralıq dənizində uzun müddət yaşayış olmadığı hesab edilən Kolumbretes adalarında (İspaniya) qoruq işçiləri 16-17-ci əsrlərdə pirat bazasının mövcudluğunu göstə...

Niyə kişilər hündürdaban ayaqqabı geyinməyi dayandırdılar? - FOTO

Kişilərə hündürdaban ayaqqabı geyinməsini yaraşmaz hesab edirsiniz? O zaman keçmişə bir az daha yaxından baxmaq lazımdır. Çünki moda güclü yaddaşa malikdir və k...

Nazir onu müavin təyin etdi

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı ə...