Rafael Cəbrayılovun ölkədən çıxışına “stop” qoyulur

Rafael Cəbrayılovun ölkədən çıxışına “stop” qoyulur
Keçmiş deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyulur. 
 
Sfera.az bildirir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, bununla bağlı fevralın 17-də Abşeron Rayon Məhkəməsində proses keçiriləcək. 

Məhkəmənin keçmiş deputatın əleyhinə qərar verəcəyi şübhəsizdir. Çünki bundan əvvəl Rafael Cəbrayılov icra tələbini yerinə yetirmədiyinə görə 1000 manat cərimə olunub. Keçmiş deputat bu cəriməni də ödəməyib. 

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc pul alıb. Sonradan müxtəlif bəhanələrlə borcunu qaytarmayıb. Borclular məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib və iş icraata yönəldilib. Lakin Rafael Cəbrayılov icra tələbini yerinə yetirməyib. Keçmiş deputata bir neçə dəfə xəbərdarlıq edilsə də, o buna məhəl qoymayıb. Nəticədə Rafael Cəbrayılova qarşı konkret hüquqi addımlar atılmağa başlanılıb.
Borclular eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Bildirilir ki, keçmiş deputatın barəsində cinayət işi başlanıb.

Rafael Cəbrayılovun məhkəmə qərarlarına məhəl qoymaması onun kimlərəsə arxayın olması il izah edilir. Borclular bildirir ki, keçmiş deputat adətən himayədarı kimi keçmiş spiker Oqtay Əsədovun adını hallandırır.

OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...