Camala ən yaxın azərbaycanlı rəfiqəsi haqqında: "O, Qarabağ qaçqınıdır"

Camala ən yaxın azərbaycanlı rəfiqəsi haqqında:

"Eurovision - 2016" mahnı müsabiqəsinin qalibi Camala haqqında yeni məlumatlar ortaya çıxıb.
 
Sfera.az bildirir ki, baku.ws-in məlumatına görə, kökü krım tatarı və erməni qarışığı olan ukraynalı müğənni ailəsi və dostları haqqında həvəslə danışır, amma siyasətdən çəkinir. 

Camalanın ən yaxın rəfiqəsi azərbaycanlıdır. Bu barədə xanım özü müsahibələrindən birində bildirib: "Mənim ən yaxşı rəfiqəm Səbinədir. Biz onunla 5 ildən çoxdur ki, tanışıq. Səbinə musiqi dünyasından deyil, amma buna baxmayaraq musiqidən yaxşı anlayır. Mən Melitopolda yaşayanda bizə evə uşaqla qadın gəldi, bu, Səbinə idi. Onların getməyə başqa yeri yox idi. Onlar Qarabağ qaçqını idilər. Onun anası erməni idi, amma Səbinə azərbaycanlı idi. Halbuki, ermənilər və azərbaycanlılar arasında münaqişə var idi. Mən bunu xatırlamıram, amma anam xatırlayır. Bir müddət sonra Səbinə anası ilə başqa evə çıxdı, amma biz ünsiyyət saxlamağa davam etdik. Hazırda Səbinənin əri mənim qrupumda oynayır, o əla gitara da çalır".
 
Camala qeyd edir ki, Azərbaycanın xalq musiqisini çox bəyənir: "Hətta bir neçə mahnını əzbər bilirəm. Mən Rəşid Behbudovun, Polad Bülbüloğlunun və əlbəttə ki, Vaqf Mustafazadənin mahnıları ilə böyümüşəm...".

Camala onu da vurğulamışdı ki, bir neçə dəfə Bakıda olub və məmnuniyyətlə, yenə gəlmək istəyərdi: "Mən bir dəfə Bülbül adına akademik müsabiqənin iştirakçısı, hətta favoriti də olmuşam. Orada hörmətli Polad Bülbüloğlu ilə şəxsən tanış oldum.

Mənim Azərbaycanla bağlı çox xoş xatirələrim var - gülərüz insanlar, dadlı yeməklər, isti münasibət, bir sözlə, mənim sevdiyim hər şey...".



OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...