Avropa Parlamenti bu ölkələrlə bağlı Aİ-yə çağırış etdi

Avropa Parlamenti bu ölkələrlə bağlı Aİ-yə çağırış etdi
Avropa Parlamenti Riyad və Əbu-Dabinin Yəməndəki vətəndaş müharibəsi zamanı beynəlxalq humanitar hüququ və insan haqlarını pozduğunu əsas gətirərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə bütün AB ölkələri tərəfindən silah satışının qadağan edilməsinə çağırıb.

Sfera.az xəbər verir ki, AP-nin qəbul etdiyi "Yəməndəki humanitar və siyasi vəziyyət” haqqında birgə qərar layihəsində Almaniyanın Səudiyyə Ərəbistanına, İtaliyanın isə Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah ixracatını artıq qadağan etdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, bir sıra Aİ ölkələri də qadağaya qoşulmağı planlaşdırır, buna baxmayaraq bəzi ittifaq ölkələri Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satmağa davam edir və bununla da Aİ Şurasının ortaq mövqeyini pozur.

Layihə ABŞ-ın Səudiyyə Ərəbistanına silah və BƏƏ-yə "F-35” təyyarələrinin satışını dayandırma qərarını alqışlayır.

Avropa Parlamenti üzvləri Aİ ölkələri tərəfindən bu ölkələrə silah ixracının Yəməndəki münaqişənin artmasına kömək etdiyini qeyd ediblər.

"Avropa Parlamenti, Aİ və üzv ölkələrini ciddi insan haqları pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün əllərindəki hər vasitədən istifadə etməyə çağırır”,- deyə bəyanatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...