Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət içi açıldı

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət içi açıldı
Şəmkirdə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib.

Şəmkir rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılmışdır.

Aparılmış araşdırmalarla ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun Şəmkir rayonu, Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək əvvəlcədən aralarında razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişi miqdarında olan 1200 manat pulu hissə-hissə olmaqla rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

"Avroviziya 2025"də finala çıxan ölkələr - SİYAHI

İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.   Sfera.az xəbər verir ki, Avstraliya, Monte...

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...