ÜST: Avropada koronavirusa yoluxma halları azalır

ÜST: Avropada koronavirusa yoluxma halları azalır
Avropada COVID-19 virusuna yoluxmalar və ölüm sayı azalır.

Demokrat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge Kopenhagendə feysbukda canlı yayımlanan brifinq zamanı bildirib.

"Avropa regionunda hər həftə bir milyondan artıq yoluxma qeydə alınsa da, bütövlükdə COVID-19-a yoluxmaların sayı dörd həftədir azalmağa doğru gedir, son iki həftə ərzində isə yeni ölümlərin sayı azalıb”, - deyə təşkilat rəsmisi qeyd edib.

Belə ki, 20-yə yaxın ölkədən verilən məlumata əsasən, 18-31 yanvar tarixləri ərzində koronavirusa görə xəstəxanalara yerləşdirilənlərin hər 100 min əhaliyə düşən sayı 13-dən 11-dək azalsa da, virusun mutasiyalarının yayılması narahatlıq doğurub. Belə ki, Avropanın 19 ölkəsində Cənubi Afrika ştammı aşkarlanıb.

Ekspert karantin məhdudiyyətlərinin ləğvində tələskənliyə yol verməməyin vacibliyini də dilə gətirib: "Bir daha vurğulamalıyam, ictimai səhiyyə və sosial tədbirlərin ləğv olunması epidemioloji dəyərləndirmələrə söykənən məlumatlara, habelə səhiyyə sisteminin mövcud imkanlarına əsaslanmalıdır. Bunun meyarları nisbi irəliləyişin müşahidəsinə yox, dəlil-sübutlara söykənməlidir”.

Qeyd edək ki, Avropada hazırda peyvəndləmə aparan 37 ölkənin 29-da artıq 7,8 milyon sakin, yəni əhalinin 1,5 faizi peyvənd olunub. Füvralın 10-a olan vəziyyətə görə, Avropa regionunun 17 ölkə və bölgəsində son 14 gün ərzində təsdiqlənmiş yoluxma səviyyəsi hər 100 min əhalisi üçün 400 nəfərdən artıq olub.(report.az)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...