Ermənistanda növbəti etiraz aksiyası keçirildi

Ermənistanda növbəti etiraz aksiyası keçirildi
Ermənistan hökumətinin binası qarşısında itkin düşən əsgərlərin tapılıb geri gətirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.

Sfera.az  "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etiraz aksiyasına Qarabağda döyüş əməliyyatları davam edən zaman Zəngilan bölgəsinə köçürülən 40 hərbçinin qohumları toplaşıb. Həmin dövrdən etibarən yaxınları onlardan xəbər almayıb.

Bina qarşısına toplaşan etirazçılar itkin düşən hərbçilərin uşaqlarını da özləri ilə gətiriblər. Uşaqların əllərində "Mənə atamı qaytar”, "Mən atamı istəyirəm”, "Biz atamızı istəyirik” plakatlarını tutduğu bildirilib.

Etirazçılar rəsmi qurumların biganə münasibətindən şikayətlənirlər, belə ki, hökumət binasından heç kim onlarla danışmağa çıxmayıb.

Qeyd edək ki, ötən gün itkin düşən erməni hərbçilərinin yaxınları Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirmişdilər.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...