Senatda Trampın impiçmenti prosesi başladı

Senatda Trampın impiçmenti prosesi başladı
Amerika Senatında ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçmenti üzrə proses başlayıb.

Sfera.az xəbər verir ki, impiçment bir maddə üzrə elan edilib - qiyama təhriketmə.

Senatorlar eks-prezidentin mitinqdəki çıxışlarının qiyama təhrik sayıla biləcəyini müzakirə edəcəklər. Tərəflərin hər birinə arqumentlərini təqdim etmək üçün 16 saata qədər vaxt veriləcək. Bundan sonra münsiflər heyəti vəzifəsini icra edən senatorlar impiçment məsələsində səs verəcəklər.

Trampın impiçment mühakiməsi ABŞ prezidentinin artıq vəzifəsində olmadığı halda keçirilən ilk prosesdir və əgər eks-prezident təqsirli bilinərsə onun bir daha prezidentlik postuna qayıtmasına qadağa qoyula bilər.
 
Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək "zəif respublikaçılara kömək etmək üçün" Kapitoliyə getməyə çağırıb.

Trampın tərəfdarları Kapitolini mühasirəyə alıb, onlar bundan sonra zorla binaya girib və prezident seçkilərində Co Baydenin qələbəsini təsdiqləyən Konqresin birgə sessiyasını yarımçıq kəsiblər. Hadisələr zamanı baş verən qarışıqlıqlar zamanı beş nəfər həlak olub.

OXŞAR XƏBƏRLƏR

ABŞ və Çin arasında ticarət danışıqları keçirilir

Çin və ABŞ rəsmiləri, uzun sürən tarif müharibəsindən sonra ilk dəfə üz-üzə danışıqlar aparmaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər. Görüş iki ölkə aras...

Ağıllı insanlar ən çox bu 2 BÜRCƏ aşiq olur

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu kimi, onların sevdiyi və aşiq olduğu bürclər də astroloqların diqqət mərkəzindədir.   ...

ABŞ-nin 30 ştatında qızılca yayılıb - Yüzlərlə yoluxan var

Birləşmiş Ştatlarda qızılcaya yoluxmuş insanların sayı min nəfəri ötüb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, son statistikanı ABŞ-nin Xəstəli...

Tanınmış reperin meyiti tapıldı - FOTO

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb.    Milli.Az xəbər verir ki, bu barədə "Bild&q...

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş v...

Beyləqanda körpənin ölüm səbəbi məlum olub

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. ...