Polisə müqavimət göstərərək qaçan şəxs saxlanıldı - VİDEO

Polisə müqavimət göstərərək qaçan şəxs saxlanıldı - VİDEO
Qaradağ rayonu ərazisindəki Lökbatan-Qobu yolunda naməlum şəxs Abşeron rayon sakini olan bir nəfərin 477 manat pulunu soyğunçuluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb. 

DİN-dən Sfera.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, Cəbrayıl rayon sakini Nurlan Quliyev polis əməkdaşları tərəfindən saxlanılan zaman o, tabesizlik göstərərək idarə etdiyi "VAZ 2114” markalı avtomobillə oradan qaçıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda Nurlan Quliyev idarə etdiyi avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisəni narkotik vasitələrin təsiri altında törətdiyini, ictimai asayişi pozduğuna və yaşadığı ünvanda digər şəxslərə narahatçılıq yaratdığına görə peşman olduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Nurlan Quliyev barəsində araşdırmalar davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...