Ərdoğan: "Kipr adasında federal deyil, iki dövlət olmalıdır"

Ərdoğan:
"Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısında deyib.

"1960-cı illərdə Kipr türklərinə muxtariyyət hüququnu bunlar tanımırdı. "Mən bu məsələnin həllinə yardım etməyə 4 dəfə girişdim. Bacarmadım. İndi də uğur əldə etməməyim mümkündür”, - bunu BMT-nin keçmiş baş katibi Koffi Annan mənə demişdi. Mən ona dedim ki, qarant ölkə olaraq Türkiyə tərəfindən mənfi heç bir iş görməyəcəksiniz. "Yaxşı” deyib fəaliyyətə başladı. Annana söz verdim ki, bu işi başa çatdırmadan ayrılmayacağıq. Referendum keçirdik. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi yunanlarla birlikdə adada federal dövlətin qurulmasına razılıq verdi. Yunanların isə 65 faizi bu ideyanın əleyhinə səs verdilər. Bütün bunlara baxmayaraq, Kiprin yunan hissəsi Avropa İttifaqına üzv qəbul olundu, Kiprin türk hissəsi isə yox”, - Türkiyə prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin həllindən danışarkən adada federal dövlətin yaranmasının mümkünsüzlüyünü vurğulayıb: "Kipr türkünü yox sayanların davranışında bir dəyişikliyin olmadığını görürük. İstər qəbul etsinlər, istər etməsinlər, artıq məsələnin 2 dövlətli həllindən başqa çıxış yolu yoxdur”.

O, yaxın günlərdə Şimali Kirp Türk Respublikasına səfər edəcəyini də bildirib.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...