“Twitter” ötən ili zərərlə başa vurdu

“Twitter” ötən ili zərərlə başa vurdu
ABŞ-ın sosial şəbəkə nəhəngi "Twitter” ötən ili 1,14 milyard ABŞ dolları məbləğində zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildə 1,47 milyard ABŞ dolları mənfəət əldə etmişdi.

Sfera.az  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ötən ilin IV rübündə "Twitter”in mənfəəti 87 % artaraq 222 milyon ABŞ dollara çatıb.

Ötən il ərzində "Twitter”in gəlirləri illik müqayisədə 7,8 % artaraq 3,72 milyard ABŞ dollara, ötən ilin son rübündə isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 1,29 milyard ABŞ dollara yüksəlib.

Bundan başqa, ötən il "Twitter”in aktiv istifadəçilərinin sayı illik müqayisədə 27 % artaraq 192 milyona qalxıb.

OXŞAR XƏBƏRLƏR