Paşinyan bu gün Moskvaya yola düşəcək

Dünya
12:26 / 10.02.2021
611
"Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Rusiyaya səfər edəcək. O, bu gün (10 fevral) yola düşəcək və fevralın 11-də geri qayıdacaq”.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti məlumat yayıb.
Səfərin məqsədi, hansı görüşlərin keçiriləcəyi və hansı məsələlərin müzakirə ediləcəyi barədə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan bazar ertəsi Moskvadan qayıdıb.
(qazet.az)