Bakı küçələrini bir-birinə qatan sürücü saxlanıldı - Polisləri yandırmaq istədi

Bakı küçələrini bir-birinə qatan sürücü saxlanıldı - Polisləri yandırmaq istədi
Bakıda yol polisinin qanuni tələbinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədən sürücü həbs edilib.

Sfera.az  xəbər verir ki, Taleh Mehdiyev adlı sürücü fevralın 8-də Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman 400 manatdan artıq ödənilməyən cəriməsinin olduğu üzə çıxıb.

Yol polisi əməkdaşları cərimənin ödənilməsini təklif etsə də, o "imkanım yoxdur" deyərək qərəzli şəkildə öz maşınının arxa şüşəsini sındırıb. Maşına minməklə hadisə yerindən uzaqlaşan sürücü bundan sonra süni sıxlıq yaradılmaqla dayandırılsa da, ətrafdakı insanların köməyi ilə qaçmağa yenidən nail olub.

Polis əməkdaşlarından qaçan sürücü bu dəfə digər avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi də törədib. Sonra isə polislərə zor tətbiq etməklə onların üzərinə benzin töküb yandıracağını bildirib və hətta bu məqsədlə avtomobilin yanacaq çənini açaraq benzin çəkirmiş kimi hərəkətlər nümayiş etdirib. Sonra isə yenə də hərəkətinə davam edib və qaçıb. Nəhayət "20 Yanvar" metrostansiyası ətrafında süni sıxlıq yaradılaraq saxlanılıb.

Onun barəsində toplanılmış materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Mehdiyev Taleh Rasim oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib, eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
 
(avtosfer.az)

OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...