Fransada azərbaycanlı fotoqrafların sərgisi açıldı

Dünya
07:30 / 10.02.2021
1834
Fransanın paytaxtı Parisdə azərbaycanlı fotoqrafların "İnsanlar, şəhərlər, zaman” adlı sərgisi açılıb.
Sfera.az xəbər verir ki, sərgi Azərbaycanın tanınmış heykəltəraşı və Əməkdar rəssamı Elmira Hüseynovanın xatirəsinə həsr olunub.
Sərgidə azərbaycanlı fotoqrafların müxtəlif dövrlər arasında əlaqəni əks etdirən əsərləri yer alıb. Qeyd edək ki, sərgidə peşəkar fotoqraf Maya Bağırovanın da əsərləri nümayiş olunur.
Sərgi fevralın 11-dək davam edəcək. (report)