Ermənistan ordusunun hərbçisi öldü

Dünya
23:06 / 09.02.2021
1686
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb.
Sfera.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən hərbi hissələrdən birində ölüm hadisəsi baş verib.
Məlumata görə, müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə həyatını itirib. Onun ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.