Erməni əsgəri Bakıdan 3 min dollara "çıxarmaq" istəyən fırıldaqçı saxlanıldı - VİDEO

Erməni əsgəri Bakıdan 3 min dollara
Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı itkin düşən S.X. adlı əsgərin atasından rüşvət alan dələduz saxlanılıb.

Sfera.az xəbər verir ki, əsgərin atasından 1000 dollar alan A.A. adlı fırıldaqçı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən yaxalanıb.

Onun əsgərin atasına xüsusi xidmət orqanlarında əlaqələri olduğunu və guya bunlar vasitəsi ilə əsgərin Bakı həbsxanalarından birində olduğunu öyrəndiyini söylədiyi bildirilir. O, əsgərin əvvəl üçüncü bir ölkəyə, sonra da Ermənistana göndərmək üçün xarici xidmət orqanları işçilərinə 3 min dollar rüşvət vermək lazım olduğunu əsgər atasına deyib.

Dələduzluqda ittiham edilən cinayətkar artıq məhkəmənin qərarı ilə həbs olunub. İstintaq davam edir.
 

(publika.az)

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...