Almaniya rus diplomatı ölkədən çıxardı

Almaniya rus diplomatı ölkədən çıxardı
Almaniya fevralın 8-də Rusiya tərəfindən keçən həftə görülən oxşar tədbirə cavab olaraq rus diplomatı "persona non qrata” elan edib.

Sfera.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada, Rusiyanın Berlindəki səfirliyinin bir işçisinin ölkədən çıxarılmasına dair qərarın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq verildiyi bildirilib.

"Bu addım federal hökumətin Rusiya Federasiyasının 5 fevral 2021-ci il tarixli qərarına verdiyi cavabdır”,- deyə kommünikedə qeyd olunub.
Xatırladaq ki, ötən həftənin cümə günü Rusiya XİN 23 yanvarda Moskva və Sankt-Peterburqdakı qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatlarını "persona non qrata” elan etdiyini açıqlamışdı. Müvafiq qərarla əlaqədar İsveç, Polşa və Almaniya Federativ Respublikasının səfirliklərinin nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq onlara etiraz notası təqdim olunmuşdu.

Almaniyanın xarici işlər naziri Hayko Maas Rusiyanın qərarının "əsassız olduğunu” və Moskvanın Avropa ilə münasibətlərinə daha böyük ziyan vurduğunu bildirib.

Onun sözlərinə görə, alman diplomat yalnız işini görüb və hadisələrin inkişafını izləyib, bununla da hüquq normaları çərçivəsində və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun hərəkət edib.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...