“Oskar” mükafatı almış fransız rejissor vəfat etdi

Dünya
08:20 / 09.02.2021
1473
Fransız ssenarist və rejissor, "Xoşbəxt ildönümü” qısametrajlı filminə görə "Oskar”a layiq görülmüş Jan-Klod Karryer 89 yaşında dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə "BFMTV” Karryerin qızına istinadən xəbər verib.
Onun sözlərinə görə, atası heç bir xəstəlikdən əziyyət çəkmirdi və Parisdəki evində yuxuda olarkən vəfat edib. O, həmçinin əlavə edib ki, Karryer doğulduğu Kolombyer-Sür-Orb kəndində dəfn olunacaq.
Karryer 140-dan artıq filmin ssenaristi kimi məşhurdur: "Burjuaziyanın təvazökar cazibəsi” (1972), "Varlığın dözülməz yüngüllüyü” (1989), "Sirano de Berjerak” (1990), "Van Qoq. Əbədiyyətin astanasında” (2018) və s. Karryer ona "Oskar” qazandıran "Xoşbəxt ildönümü” qısametrajlı filmində həm ssenarist, həm də rejissor qismində çıxış edib. O, həmçinin "Qırılma” (1961) və "Manikür qayçısı” kimi ekran əsərlərinin rejissoru olub.