Muharrem İncə CHP-dən istefa verdi

Muharrem İncə CHP-dən istefa verdi
Türkiyəli siyasətçi Muharrem İncə CHP-dən ayrıldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, siyasətçi bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

"CHP indi sadəcə bir plakatdan ibarətdir. CHP ideoloji fırtınalar yaşayır. Bu gün yolayrıcında olduğumu bilirəm. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyən, ancaq Mustafa Kamal Atatürk deyə bilməyənlərdən ayrılıram”,- deyə İncə qeyd edib.

O, həmçinin öncədən xəbər verdiyi yeni siyasi partiyasını qurduğunu və yaxın zamanda bunu elan edəcəyini bildirib.

"Yeni bir yola çıxırıq. Hədəfimiz 50 + 1% səsi toplamaqdır. Ad, loqo- hər şey hazırdır. Sosial media hesablarından tutmuş patent əməliyyatlarına qədər. "İYİ” Partiyasından sonra məclisdə ən çox millət vəkili olan partiya olacağıq. Əksəriyyəti siyasətlə məşğul olmayan, amma siyasətdə təcrübəli dostlarımız da var. Çox qısa müddətdə ən az 60 bölgədə təşkilatlanacağıq”,- deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Muharrem İncə ötən ilin avqust ayında Cümhuriyyət Xalq Partiyasından ayrılaraq yeni partiya quracağını açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...