Bakıda məktəbə müraciət yaşı gecikmiş uşaqların sayı açıqlandı

Bakıda məktəbə müraciət yaşı gecikmiş uşaqların sayı açıqlandı
Bakıda 2016-2017-ci tədris ili üçün I sinfə qəbul məqsədilə haqqında sorğu yerləşdirilmiş uşaqlar arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da var.

Sfera.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, Bakıda 8 yaşdan yuxarı 45 uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib. Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunacaqlar.

Qeyd edək ki, təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Xüsusi istedadlı təhsil alanlar üçün fərdi təhsil proqramları Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarəetmə orqanları tərəfindən hazırlanıb təsdiq olunur. Fərdi təhsil aparan pedaqoji işçilərin və digər mütəxəssislərin əməkhaqqının ödənilməsi dövlət büdcəsindən təhsilə ayrılmış müvafiq büdcə vəsaiti çərçivəsində həyata keçirilir. Fərdi təhsil həftədə 4 gün təşkil olunur.

Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na görə, 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlar da müsahibə əsasında I sinfə qəbul oluna bilər. Son iki ildə Azərbaycanda 30 minə yaxın uşaq (2014-cü ildə 15 minə yaxın, 2015-ci ildə 15 min uşaq) 1-ci sinfə ən azı 1 il gec qəbul olunub.

Təhsil nazirinin müavini Ceyhun Bayramov uşaqların məktəbə gec getməsini ciddi bir problem sayıb.

Belə uşaqların məktəbə gələnlərin 10 faizini təşkil etdiyini deyən nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi bu problemin öhdəsindən təkbaşına gələ bilməz: "Bu məsələnin həlli üçün Təhsil Nazirliyinin imkanları kifayət qədər məhduddur. Biz aidiyyəti qurumlarla, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edirik ki, belə halların qarşısını alaq və sayı maksimum dərəcədə azaldaq. Çünki kimsə təhsildən kənarda qalırsa, Təhsil Nazirliyi həmin şəxslə bağlı tərbiyə, tədris işi apara bilmir".

OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...