Müxalifət Paşinyanın əleyhinə mitinq təyin etdi

Müxalifət Paşinyanın əleyhinə mitinq təyin etdi
Ermənistanın paytaxtında keçiriləcək respublika mitinqi 18 fevraldan 20 fevrala qədər - Qarabağ hərəkatının başlamasının 33-cü ildönümünədək təxirə salınıb. Sözügedən mitinq Azadlıq Meydanında (Opera Evinin qarşısında) baş tutacaq.
 
Sfera.az xəbər verir ki, bu barədə "Daşnaktsutyun” partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan özünün "Facebook” səhifəsində məlumat verib.
 
O, həmçinin "Mənim addımım” hakim blokunun parlament fraksiyasının deputatlarının Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşməsi ilə bağlı gecə yarısı yayılan xəbərlərə də münasibət bildirərək qeyd edib ki, ölkənin hazırkı rəhbərliyi hakimiyyətdə qalmaq üçün əzmkarlıq göstərməyə qərarlıdır və  müxtəlif üsullara istəyinə nail olmağa çalışır.
 
"Amma məhz burada dəhşətli səhvə yol verir, çünki populist xainlər xalqı yalnız bir dəfə aldada bilər, ikinci dəfə isə bu mümkün olmayacaq ", - deyə Saqatelyan vurğulayıb və əlavə edib ki, bu hakimiyyətdən seçkilər yolu ilə xilas olacağını düşünən vətəndaşlar, indi küçələrə çıxacaq.

Müxalifətçi Ermənistanın baş naziri Nikol Paşinyanın erkən parlament seçkiləri keçirməsindən imtina etməsinin üç əsas səbəbini də açıqlayıb.
 
"Birincisi, baş nazir kürsüsündən dördəlli yapışan Paşinyan seçkilər yolu ilə özünü təsdiq etmək şansının olmadığını anladı, çünki bu sadəcə mümkün deyil; ikincisi, baş nazir buna getsə, öz komandası ilə ciddi problemlər yaşayacağını dərk etdi, çünki təsadüfən parlamentə düşən "sırt çantalarının” əksəriyyəti mandatlarını birdəfəlik itirmək təhlükəsi ilə üz-üzədir; üçüncüsü, onlar Hərəkatın söndüyünü düşünür və  saxta gündəmləri ilə cəmiyyətin diqqətini az da olsa, yayındıra bilsələr,  etdiklərinin həzm ediləcəyinə, unudulacağına ümidlidirlər”,-deyə "Vətəni Xilas Etmək Hərəkatı”nın koordinatoru vurğulayıb.
 
Mənbə: News.am
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...