Bu gün bir rayon qazsız qalacaq
Gündəm
09:32 / 17.05.2016
1884
Mayın 17-də saat 10:30-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin "Şəmkir", "Çinarlı" və "Əliyaqublu" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Sfera.az Trend-ə istinadən bildirir ki, təmir müddətində Şəmkir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.