Bayden İranın müqavimətini qıra biləcəkmi? – Nüvə anlaşmasındakı anlaşılmazlıq

Bayden İranın müqavimətini qıra biləcəkmi? – Nüvə anlaşmasındakı anlaşılmazlıq
"Baydenin məlum açıqlamasına rəğmən Tehranın geri çəkiləcəyi ehtimalı zəifdir. İran hakimiyyətinin arxasında Moskva ilə Pekin dayanır. Nə qədər ki, onlar Tehranı müdafiə edəcəklər, İran Qərbə müqavimət göstərməkdə davam edəcək və uğradığı ağır sanksiyalara rəğmən danışıqlara getməyəcək”.
 
Bu sözləri  Sfera.az-a açıqlamasında ABŞ prezidenti Co Baydenin uranın zənginləşdirilməsini 2015-ci ildəki səviyyəyə endirməyənə qədər İrana tətbiq edilən sanksiyaları ləğv etməyəcəyi barədə fikrinə münasibət bildirərkən "Orta Doğu Araşdırmalar Mərkəzi”nin rəhbəri Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, İran Bayden dönəmində də sanksiyalarla yaşamalı olacaq:
 
"Sanksiyaların ləğvi üçün Vaşinqtonun Tehrana qarşı irəli sürdüyü şərtlər təmin olunmalı idi. Şərtlərə görə İran nüvə müəssisələrinin hamısını beynəlxalq müfəttişlərin üzünə açmalı, təftişin şəffaf keçirilməsini təmin etməli, hərbi məqsədli nüvə proqramından uzaq olduğunu sübut etməli, ballistik raketlərin istehsalını dayandırmalı idi.  Bu şərtlər icra olunmadığından istər Bayden, istərsə digərləri olsun, ABŞ-ın İrana qarşı sanksiyaları ləğv olunmayacaq”.
 
Həmsöhbətimiz düşünür ki, İranı nüvə mövzusunda geri çəkilməyə vadar edə biləcək qüvvə yalnız Moskva ilə Pekindir:  
 
"Belə görünür ki, Tehran nüvə komponentləri məsələsində öz fikrindən geri dönməyi düşünmür.  İranın ali dini lideri Xamneyi bu barədə bəyanat verib.  İrana uranın 3,67 faiz civarında zənginləşdirməyə icazə verilsə də, bu ölkə artıq müqavilənin şərtini pozaraq onu 20 faizə çatdırıb”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...