ABŞ-da sosial şəbəkələrlə bağlı qaydalar sərtləşdirilir

ABŞ-da sosial şəbəkələrlə bağlı qaydalar sərtləşdirilir
ABŞ-da onlayn platformaların məhkəmə prosesini sadələşdirən qanun layihəsi təklif olunub.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsinə əsasən, ABŞ-da onlayn platformaların, sosial şəbəkələrin məhkəmə prosesi sadələşdirilir.

Yeni qanun layihəsi ABŞ Demokrat Partiyası tərəfindən təklif edilib. Yeni qanun layihəsin təhqiredici və ya zərərli məzmun paylaşanların məhkəmə prosesini asanlaşdıracaq.

Yeni qanun layihəsinin hazırlanmasına səbəb isə əvvəlki qaydaların daha yumşaq olmasıdır. Belə ki, əvvəlki qanunlara əsasən hər hansı istifadəçi sosial şəbəkələrdə və onlayn platformalarda təhqir və zərərli paylaşıma görə məhkəmə şikayətləri tam təmin olunmurdu. Məhkəmə bu şikayətləri qısa müddətdə ləğv edir və ya tam təmin etmirdi.

Yeni qaydalara əsasən onlayn platformalar saxta və zərərli reklamlara görə də məsuliyyət daşıyacaq.

Yeni qanun layihəsi qəbul edilərsə, Feysbuk, Yutub, Quql, Tvitter kimi sosial şəbəkələri və "Amazon", "Etsy" kimi e-ticarət saytları da daxil olmaqla bir sıra platformalara qarşı qərarlar sərtləşdiriləcək. Onlar qaydalara daha ciddi əməl etməli olacaqlar, əks təqdirdə qanuna uyğun olaraq cəzalandırlacaqlar.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...