24 yaşlı gənci bıçaqladılar

Kriminal
18:18 / 07.02.2021
3472
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əhmədov Ayxan Abbas oğlu qarının kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.