Dünyada yeni xəstəlik yayıldı - Çoxlu sayda ölən var

Dünyada yeni xəstəlik yayıldı - Çoxlu sayda ölən var
Tanzaniyada naməlum xəstəlik səbəbindən 15 nəfər ölüb, 50-dən artıq şəxs xəstəxanaya aparılıb.

Sfera.az xəbər verir ki, ölkənin Mbeya şəhərində baş gicəllənməsi, mədə ağrısı və qan qusma kimi əlamətləri olan xəstəlik peyda olub.

Dünya İctimai Sağlamlıq idarəsinin rəhbəri Felista Kisandu mətbuata açıqlamasında onlarla insanın xəstəxanaya yerləşdirildiyini və hamısının oxşar şikayətləri olduğunu söyləyib.

Xəstəliyin səbəbinin hələ müəyyənləşdirilmədiyini bildirən Kisandu, xəstələrdə oxşar əlamətlərin olduğunu bildirib.

Tanzaniya Səhiyyə naziri Doroz Qvajima vəziyyəti araşdırmaq üçün bölgəyə mütəxəssislər göndərildiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildə Mbeyada bir çox insan oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilib. 
 
(redaktor.az)

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...