Sevişdiyi qadınları damğalayan manyak saxlanıldı - FOTO

13:49 / 06.02.2021
2345
Avstraliyada dəhşətli əməllər
törədən manyak saxlanılıb.
Sfera.az xəbər verir ki, 35 yaşlı Metyu Ceyms Markrou adlı şəxsin 4 qadını tələyə salaraq, bu yolla külli miqdarda pul qazandığı məlum olub.
Birlikdə olduğu qadınları damğalayan manyakın onları şantajla fahişəliyə məcbur etdiyi ortaya çıxıb. O, yaşları 17-24 arası olan qadınların bədənlərinə "Matt M-in malıdır" döyməsini yazdırıb. Daha sonra qadınların şəkillərini"Facebook" hesabında paylaşaraq onları satışa çıxarıb.
Zərərçəkmiş 23 yaşlı qadının şikayətindən sonra, polislər tərəfindən həbs edilən manyaka 15- 35 ilə qədər həbs cəzası veriləcəyi bildirilir.
Jalə Mehdi
Sfera.az