Türkiyədə iki ailə arasında silahlı qarşıdurma - 6 ölü, 4 yaralı

Türkiyədə iki ailə arasında silahlı qarşıdurma - 6 ölü, 4 yaralı
Türkiyənin Adıyaman vilayətinin Doluca kəndində iki ailə arasında qanla nəticələnən silahlı qarşıdurma baş verib.

Sfera.az xəbər verir ki, qarşıdurma nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Davaya səbəb ailələr arasında köhnə düşmənçilik olub.

Qan davasının daha da böyüməsindən ehtiyatlanan yerli hakimiyyət orqanları kənddə əlavə təhlükəsizlik tədbirləri görüblər.

OXŞAR XƏBƏRLƏR